Konqo Demokratik Respublikasında iki məktəb yanıb, 15 nəfər həlak olub
7News.az xəbər verir ki, Konqo Demokratik Respublikasında bir evdə başlayan yanğın sürətlə yaxınlıqdakı tikililərə və iki ibtidai məktəbə yayıldı. Hadisə nəticəsində məktəblərdə olan 15 şagird həyatını itirdi, çoxlu sayda şagird isə xəsarət aldı. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.