RU
Konqoda Eboladan ölənlərin sayı 600-ə çatıb
11:10
28

Konqoda Eboladan ölənlərin sayı 600-ə çatıb

Konqo Demokratik Respublikasında ölənlərin sayı 600-ə çatıb.

Bu barədə ölkənin Rabitə və KİV-lə iş Üzrə Nazirliyinin gündəlik bülletenində bildirilir.

Ötən sutka ərzində 20 nəfər Ebolanın qurbanı olub. Bu təhlükəli xəstəliyə yoluxanların sayı hazırda 1 759 nəfər, ölüm göstəricisi 34.1%-dir.

Xəstəxanalarda və tibbi izolyatorlarda 750 nəfər həkim nəzarəti altındadır.

Qeyd edək ki, budəfəki Ebola epidemiyası bu il mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb.

Epidemiyanın episentri isə Konqonun İturi əyalətidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ