Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma hallarının sayı 5 515-ə çatıb.
Bu barədə sözügedən Afrika ölkəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində daha 51 yeni yoluxma faktı qeydə alınıb.
Xəstəlikdən həyatını itirənlərin sayı 2 642 nəfərdir. Ölüm səviyyəsi isə 47.9 faiz təşkil edir.
Hazırda xəstəxanalarda və tibbi təcridxanalarda Ebolaya yoluxma şübhəsi ilə 700-dən çox şəxs saxlanılır. Virus daşıyıcıları ilə təmasda olanların izlənilməsi göstəricisi 85.5 faizə bərabərdir.








