Koronavirusa yoluxan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ron Rayt vəfat edib.
Bu barədə "The Hill” nəşri məlumat yayıb.
"Konqresmen Ron Rayt 67 yaşında vəfat edib”, - parlamentin aşağı palata üzvünün nümayəndələri tərəfindən yayılan bəyanatda bildirilib.
Qeyd edək ki, Raytın COVID-19 virusuna yoluxması yanvarın sonlarında təsdiqlənib. Konqresmen həm də xərçəng xəstəliyindən əziyyət çəkib.
7NEWS.Az







