RU
Koronavirusun oyun olduğunu iddia edən kişi bu virusdan öldü - FOTO
16:00
369

Koronavirusun oyun olduğunu iddia edən kişi bu virusdan öldü - FOTO

Koronavirusun siyasi oyun olduğunu deyən kişi bu virusdan ölüb.

7News.Az Mirror-a istinadla xəbər verir ki, koronavirusa inanmadığını, bunun oyun olduğunu düşünən və karantin rejiminin mənasız olduğunu deyən ABŞ vətəndaşı koronavirusdan vəfat edib. ABŞ-ın Ohayo ştatında yaşayan John W. McDaniel aprel ayının 15-də koronavirusdan ölüb.

Mart ayının ortalarında koronavirus diaqnozu qoyulan kişi əvvəllər sosial şəbəkələrdə pandemiyanın yalan olması barədə məlumatlar yayırdı. O, postlarının birində karantin rejimində evdə qalmağı söyüşlü şəkildə ağılsızlıq adlandırmışdı.

Milli.Az onun koronavirusa yoluxmazdan əvvəl yazdığı statusları təqdim edir:

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bugünədək koronavirusa 2557993 nəfər yoluxub. 177688 nəfərin həyatını xilas etmək mümkün olmayıb, 695336 nəfər bu xəstəlikdən sağalaraq evə buraxılıb. Ən çox ölüm halları ABŞ, İspaniya, İtaliya, Britaniya və Fransada baş verir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ