RU
Krasnodar vilayətində PUA hücumu nəticəsində 2 nəfər ölüb
10:40
28

Krasnodar vilayətində PUA hücumu nəticəsində 2 nəfər ölüb

Rusiyanın Krasnodar vilayətinin Seversk rayonuna PUA hücumu nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

Rusiya mediasının məlumatına görə, hücum nəticəsində Afipski qəsəbəsində azı 10 fərdi yaşayış evinə ziyan dəyib. Evlərdən birində yanğın başlayıb.

Həmçinin neft emalı müəssisəsinin ərazisində də yanğın baş verib.

Hadisə yerində yanğınsöndürənlər və operativ xidmətlərin əməkdaşları işləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ