RU
Kreml Rusiyada vəba xəstəliyinin aşkarlanması ilə bağlı xəbərlərə aydınlıq gətirib
15:40
21

Kreml Rusiyada vəba xəstəliyinin aşkarlanması ilə bağlı xəbərlərə aydınlıq gətirib

İrkutsk vilayətindəki infeksiya vəziyyəti ilə "Rospotrebnadzor” mütəxəssisləri məşğul olur.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov İrkutks vilayətində vəba xəstəliyinin aşkar olunması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, regiondakı infeksiya vəziyyəti ilə "Rospotrebnadzor” məşğul olur, bu, onların səlahiyyətindədir.

Kremlin sözçüsü İrkutks vilayətindəki vəziyyətlə bağlı şayiə və söz-söhbətlərə deyil, "Rospotrebnadzor”dakı peşəkarlara qulaq asmağa çağırıb.

Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində Vəba ilə Mübarizə İnstitutunun 28 yaşlı laboratoriya əməkdaşının ölümündən sonra vəba şübhəsi ilə 200-ə yaxın şəxs nəzarətə götürülüb. Bəzi xəstəxanalarda 3 həftəlik karantin tətbiq edildiyi bildirilir. "Rospotrebnadzor” isə vəba diaqnozunu təsdiqləməyib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ