7News.az xəbər verir ki, küçə cinayətləri, soyğunçuluq və mütəşəkkil cinayətkar qrupların təzyiqi səbəbindən təhlükəsizlik risklərinin gündəlik həyatı birbaşa təhdid etdiyi Peruda dəhşətli bir sui-qəsd hadisəsi baş verib. 43 yaşlı qadın vəkil, gündüz vaxtı restoranda həmkarları ilə əyləşdiyi zaman dəbilqəli bir silahlı şəxs tərəfindən başından vurularaq öldürülüb. İctimaiyyətdə geniş hiddət doğuran bu dəhşətli anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Polis araşdırması isə qətlin bir kartel liderinə qarşı açılmış məhkəmə işi ilə əlaqəli olması ehtimalı üzərində cəmlənib.








