ÇL-da ilk dəfə videotəkrardan sonra qol ləğv olundu - VİDEO

ÇL-da ilk dəfə videotəkrardan sonra qol ləğv olundu - VİDEO

Amsterdamın "Ayaks” futbol klubu ilə Madrid "Real”ı arasında keçirilən matç Çempionlar Liqasının tarixinə düşüb.

7News.Az-ın məlumatına görə, hollandiyalılar 37-ci dəqiqədə qol vurublar, lakin sloveniyalı baş hakim Damir Skomina videotəkrara baxdıqdan sonra qolu ləğv edib.

Skomina təkrara üç dəqiqə baxıb. Baş hakim səbəb kimi "Ayaks”ın futbolçusu Duşan Tadiçin oyundan kənar vəziyyətdə olmasını göstərib.

Bu Avropanın ən mötəbər futbol turnirində qeydə alınan ilk belə hadisədir. 

Kral klubunun 87-ci dəqiqədə vurduğu ikinci qoldan sonra qarşı tərəf referinin videoyazıya baxmasını tələb etsə də, Skomina bu tələbi rədd edib. O, qulaqcığına işarə edərək, videohakimin hər hansı pozuntunun qeydə almadığını bildirib.

Qeyd edək ki, VAR və ya hakimlərə videoyardım sistemi Çempionlar Liqasının pley-off mərhələsi ərəfəsində qüvvəyə minib. Buna qədər bir sıra turnirlərdə, o cümlədən, Rusiyada keçirilən futbol üzrə dünya çempionatında faydalı olduğunu isbat edib.

 

7News.Az

Xəbər lenti