RU
Laçında dağlıq ərazidə yanğın olub - VİDEO
10:50
23

Laçında dağlıq ərazidə yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
 
Laçında dağlıq ərazidə yanğın olub - VİDEO
Laçında dağlıq ərazidə yanğın olub - VİDEO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ