RU
Lənkəranda
11:10
31

Lənkəranda "Chevrolet Niva" dərəyə aşdı - Sürücü öldü

Lənkəranda avtomobil dərəyə aşması nəticəsində sürücü ölüb. Diryan kənd sakini 1965-ci il təvəlüdlü Nuriyev İntiqam Ağarza oğlu idarə etdiyi "Chevrolet Niva" markalı avtomobillə torpaq yolda idarəetməni itirib. Nəticədə avtomobil dərədən aşıb. Sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ