RU
Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb
15:10
30

Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb

Lənkəranda yol qəzası baş verib.

 Liman şəhərində Bakı istiqamətində hərəkətdə olan "Kia Ceed” markalı avtomobil qarşı tərəfdən gələn "Opel” markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Kia”da olan üç nəfər, Cəlilabad rayon sakinləri - Vüsal Şahbazov, Sadiq Heydərov və Adil Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.
 
Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ