RU
Lerik meşəsində yanğın
14:25
214

Lerik meşəsində yanğın

Lerik rayonunun Təbrizli kəndi yaxınlığında meşə ərazisində 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb.

 

Bu barədə 7News.Az-a Fövqaladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Meşənin qalan hissəsi yanğından mühafizə olunub. Alov FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ