RU
Liviyada hərbi kəşfiyyat rəhbəri sui-qəsd nəticəsində öldürüldü
12:50
20

Liviyada hərbi kəşfiyyat rəhbəri sui-qəsd nəticəsində öldürüldü

Liviyanın şərqindəki Liviya Milli Ordusunun hərbi kəşfiyyat rəhbəri Fovzi Mansuri sui-qəsd nəticəsində həyatını itirib.

Bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, hadisə Benqazinin Havari bölgəsində baş verib. Mansurinin evinin qarşısında avtomobilində partlayıcı qurğunun işə düşməsi nəticəsində briqada komandiri həlak olub.

Hələlik hücuma görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.

Hadisə Liviyada 2020-ci ildə genişmiqyaslı döyüşlərin dayandırılmasına baxmayaraq, təhlükəsizlik problemlərinin davam etdiyini göstərir.

Qeyd edək ki, Liviya 2011-ci ildə NATO-nun dəstəklədiyi üsyan nəticəsində Müəmmər Qəddafinin devrilməsindən sonra siyasi və hərbi baxımdan parçalanıb. 2014-cü ildən etibarən ölkədə rəqib şərq və qərb qüvvələri arasında qarşıdurma davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ