RU
Ölkədə buzlaşma müşahidə olunan yollar açıqlanıb
13:30
395

Ölkədə buzlaşma müşahidə olunan yollar açıqlanıb

"Azərbaycanın bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır”.

7news.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. 

O bildirib ki, hazırda Bakı-Şamaxı-Yevlax, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Zaqatala-Balakən, Quba-Qusar yollarına və Ağsu aşırımına qar yağır: 

"Həmin yollarda buzlaşma müşahidə edilsə də, nəqliyyatın hərəkətində məhdudiyyət yaranmayıb. Yollar nəqliyyatın hərəkəti üçün açıqdır. Lakin bununla belə, qarlı və buzlu yollardan istifadə edən sürücülərdən ehtiyatlı olmaları xahiş olunur. Texniki cəhətdən nasaz olan və qış mövsümünə uyğun şinləri olmayan avtomobil sahibləri yola çıxmasınlar”.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ