RU
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
10:20
17

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb

Havanın temperaturunun kəskin aşağı düşməsi Azərbaycanın bir sıra dağlıq və dağətəyi ərazilərində güclü qar yağması ilə müşayiət olunub. Ötən gecədən etibarən Şamaxı rayonunun Dəmirçi və digər dağlıq kəndlərinə, İsmayıllının dağətəyi yaşayış məntəqələrinə güclü qar yağıb. Qəbələ rayonunun Laza, Duruca və Qəmərvan kəndlərində də intensiv qar yağışı müşahidə edilib. Hazırda Qəbələnin bəzi ərazilərində qar yağması davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ