“Lukoyl”dan şikayət: 48 litrlik çənə 76 litr “benzin” vurdular - Foto

“Lukoyl”dan şikayət: 48 litrlik çənə 76 litr “benzin” vurdular - Foto

Haldun Novruzzadə adlı vətəndaş "Lukoyl" yanacaqdoldurma məntəqəsindən şikayətçi olub. Sürücü "Facebook"da bu barədə paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, sürücüdən nə az, nə çox düz 30 manat artıq pul alıblar. Şikayətçi bildirib ki, "Hyundai Elantra" 2014 avtomobilinə benzin çəni 43.5 manat (48 litr) tutduğu halda "Lukoyl" şirkətinin Bakı-Sumqayıt yolunda yerləşən 4 saylı yanacaqdoldurma məntəqəsi nə az, nə çox 76 litr, yəni 69 manatləq yanacaq vurublar.