RU
Ölümcül xəstə olan müğənni boşandı
10:29
1011

Ölümcül xəstə olan müğənni boşandı

Müğənni Avril Lavin həyat yoldaşı Çad Kryuqerdən ayrılıb.

2 ildir evli olan cütlüyün boşanması haqda xəbərlər keçən il yayılmağa başlasa da, müğənni ilk dəfə bu haqda İnstaqram hesabında yazıb:

"Ürəkdən kədərlənərək Çadla boşanmamızı elan edirəm. Bizim evliliyimiz bir yerdə yaratdığımı musiqi kimi idi, özüylə çoxlu xoş xatirələr saxladı. Biz bundan sonra ən yaxın dostlar olacağıq".

Qeyd edək ki, 2000-ci illərin ulduzu Avril Lavin ölümcül "Lyme" xəstəliyindən əziyyət çəkir. O, bu haqda qatıldığı proqramlardan birində demişdi. /xarici KİV

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ