RU
Macarıstan Avropa Komissiyasından 9 Rusiya vətəndaşının sanksiya siyahısından çıxarılmasını tələb edib
14:16
58

Macarıstan Avropa Komissiyasından 9 Rusiya vətəndaşının sanksiya siyahısından çıxarılmasını tələb edib


Macarıstanın Avropa Komissiyasından 9 Rusiya vətəndaşının Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketindən çıxarılmasını xahiş etdiyi bildirilir.

7NEWS.az xəbər verir ki, Macarıstan 9 Rusiya vətəndaşının Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketindən çıxarılması tələbi ilə Avropa Komissiyasına müraciət edib. Budapeştin siyahıdan çıxarılmasını istədiyi şəxslərin adları açıqlanmayıb.

Polşa və Baltikyanı ölkələrin Macarıstanın 9 Rusiya vətəndaşının sanksiya siyahısından çıxarılması tələbinə şiddətlə qarşı olduqlarını bildirən jurnal, fərdi sanksiyaların mütəmadi olaraq yenilənməsinin lazım olduğunu xatırladıb, lakin bunun üçün bütün Aİ ölkələrinin yekdilliklə təsdiqini tələb etdiyini qeyd edib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ