RU
Madonna da Türkiyəyə dəstək oldu - Fotolar
12:00
78

Madonna da Türkiyəyə dəstək oldu - Fotolar

Dünya şöhrətli müğənni Madonna Türkiyədə baş vermiş zəlzələ ilə bağlı paylaşım edib.

7News.Az xəbər verir ki, sənətçi instaqram hesabında hadisəni əks etdirən fotoları paylaşaraq zəlzələdən zərərçəkənlərə dəstək olub:

 
 

 

"Sevgililər Günündə hamı sevgidən danışır! Bütün sevgimizi, şəfa enerjimizi bu genişmiqyaslı zəlzələdə böyük itki və dağıntılardan əziyyət çəkən Türkiyə və Suriyaya göndərək. 33 181 nəfər dünyasını dəyişib. Çoxları orada evlərini və iş yerlərini, eləcə də yaxınlarını itirdi. Şəhərlər tamamilə dağılıb. Bu, çox kədərlidir! Yardım etmək üçün ən yaxşı yer —ahbap.org-dur”. 

Qeyd edək ki, Madonnanın instaqram hesabında 12 paylaşım var. Onlar arasında ən çox bəyənmə toplayan məhz Türkiyə ilə bağlı paylaşımıdır.

 

 







BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ