Malayziyada tibbi helikopter qəzaya uğradı: 5 nəfər həyatını itirdi
7News.az xəbər verir ki, Malayziyada tibbi heyəti daşıyan helikopterin qəzaya uğraması nəticəsində beş nəfər həyatını itirib. Hava Qəzalarının Təhqiqatı Bürosu (AAIB) qəzanın səbəbini müəyyən etmək məqsədilə araşdırmaya başlayıb. Şahidlərin çəkdiyi kadrlarda helikopter yerə düşməzdən əvvəl ondan tüstü çıxdığı görünüb.