RU
lombard
Marketdə “patı” satarkən saxlanıldı
15:00
942

Marketdə “patı” satarkən saxlanıldı

Polis ərzaq mağazasında "patı” satan şəxsi yaxalayıb.

Bu barədə 7News.Az-a DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Altan Məhərrəmov saxlanılıb. Həmin şəxsin icarəyə əsasında işlədiyi ərzaq mağazasına baxış keçirilən zaman oradan külli miqdarda psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

 
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ