RU
Maşında sıxışıb qalan sürücü belə xilas edildi
21:38
573

Maşında sıxışıb qalan sürücü belə xilas edildi

Şirvan şəhərində sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

7news.az Region TV-yə istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində qeydə alınan hadisə zamanı Şirvan sakini Rəşad Həsənov idarə etdiyi "Opel Astra" markalı avtomobillə hərəkətdə olarkən Maarif Cəfərovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan "Opel"in sürücüsü avtomobildə sıxılaraq qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedicilər cəlb olunub. Xilasedicilər xüsusi avadanlıqların köməyi ilə sürücünü avtomobildən çıxarıblar. Yaralı dərhal Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır. 

7news.az

Videonu izləmək üçün şəklə klikləyin:

Maşında sıxışıb qalan sürücü belə xilas edildi - 1

 

 Maşında sıxışıb qalan sürücü belə xilas edildi - VİDEO - FOTO
Maşında sıxışıb qalan sürücü belə xilas edildi - VİDEO - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ