Dünyanın ən varlı şəxslərindən biri olan Elon Musk qısa müddət ərzində qoruduğu trilyonçu statusunu itirib.
Bloomberg agentliyinin hesabatında bildirilir ki, son dövrdə yaşanan dəyişikliklər nəticəsində Maskın sərvəti 118 milyard dollar azalaraq 957 milyard dollara enib.
Xatırladaq ki, iyunun 12-də SpaceX şirkətinin səhmlərinin ticarətə çıxarılmasından sonra Maskın sərvəti 1 trilyon dollar həddini aşmış və o, bu göstəriciyə çatan ilk şəxs kimi tarixə düşmüşdü.
Beləliklə, milyarder təxminən iki həftə ərzində qoruduğu trilyonçu statusu ilə vidalaşıb.








