RU
11:05
474

"Məcburi köçkünlərin yaşayış yerlərində qaz sayğacları quraşdırılacaq" - "Azəriqaz"

"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin yaşayış yerlərində qaz sayğaclarının quraşdırılmasına yaxın zamanlarda başlanılacaq".

7News.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, bu tapşırıq Azərbaycan prezidentinin məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin verilməsi barədə fərmanı əsasında həyata keçirilir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ