Mehriban Əliyeva sayəsində Azərbaycanda gimnastların məşqləri üçün gözəl şərait yaradılıb - İrina Viner-Usmanova

Mehriban Əliyeva sayəsində Azərbaycanda gimnastların məşqləri üçün gözəl şərait yaradılıb - İrina Viner-Usmanova

Azərbaycanda gimnastların məşqləri üçün gözəl şərait yaradılıb.

7News.Az bildirir ki, bunu Trend-ə Ümumrusiya Bədii Gimnastika Federasiyasının rəhbəri İrina Viner-Usmanova deyib.

O bildirib ki, bu cür şərait dünyanın az ölkəsində mövcuddur:

"Bütün bunlar Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın sayəsindədir. Hətta bizdə - Rusiyada son illərədək bu cür zal olmayıb. Mən Bakıda Gimnastika Arenasını gördüm və ona vuruldum".

İ.Viner-Usmanova dünya çempionatında qrup hərəkətlərdə Azərbaycan komandasının yaxşı çıxış edəcəyini düşünür:

"İndi ən əsası Olimpiya Oyunlarına düşməkdir. Fikrimcə, qrup hərəkətlərdə bu, mümkündür. Fərdi proqramda da gimanst çoxnövçülükdə 24-lüyə düşsə, oradan da ilk 16 gimnast arasında yer ala bilər".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

7News.Az

Xəbər lenti