RU
Meksikada dəstələr arası qarşıdurma nəticəsində çox sayda insan öldü
13:03
48

Meksikada dəstələr arası qarşıdurma nəticəsində çox sayda insan öldü


Meksikanın Miçoakan ştatında dəstələr arasında toqquşma baş verib. 

7NEWS.az xəbər verir ki, qarşıdurmada çox sayda insanın öldüyü, 6 avtomobilin yandırıldığı öyrənilib.
Meksika mətbuatında yer alan xəbərə görə, əyalətin Tuzantla şəhərində rəqib dəstələr bir-birinə hücum edib.

Saatlarla davam edən qarşıdurma nəticəsində çoxlu sayda insanın öldüyü iddia edilib. Ərazidə 6 yanmış avtomobil tapılıb.

Gücləndirici qrupların gəlməsi ilə təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb. Baş vermiş hadisələrlə bağlı Baş Prokurorluq araşdırmalara başlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ