RU
Meksikada tanınmış bloqer canlı yayım zamanı qətlə yetirilib - VİDEO
15:20
37

Meksikada tanınmış bloqer canlı yayım zamanı qətlə yetirilib - VİDEO

Meksikalı bloqer Sesar Qastellum ölkənin şimal-qərbindəki Kulyakan şəhərində fastfud restoranının qarşısında canlı yayım zamanı güllələnərək öldürülüb.

Bu məlumatı yerli rəsmilərə istinad edən "New York Post" nəşri yayıb.

 

Komik videoları ilə tanınan bloqerin "TikTok" platformasında 600 minə yaxın abunəçisi olub.

Canlı yayımın videoqeydindən aydın olur ki, başlarında dəbilqə olan iki naməlum şəxs motosikletlə influenser və yoldaşlarının yanına gəlib, daha sonra sürücü birbaşa Qastelluma atəş açıb. Sinaloa ştatının hüquq-mühafizə orqanları bloqerin qətlə yetirildiyini təsdiq edərək, cinayətkarların tapılması istiqamətində genişmiqyaslı əməliyyata başladıqlarını bildiriblər. Qətl rəqib mütəşəkkil cinayətkar qruplar arasında qarşıdurmanın mərkəzinə çevrilən Kulyakanda davam edən zorakılıq fonunda baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ