RU
Məktəblilərə dəyərli tövsiyyələr verildi
14:45
241

Məktəblilərə dəyərli tövsiyyələr verildi

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, "Narkomaniya bəşəriyyətin bəlasıdır” və "Erkən nikahlara yox deyək” mövzularında Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən təşkil olunan tədbirlər davam etdirilir. Növbəti belə tədbir Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub.
Çıxış edən Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan sərt mübarizədən və əldə olunan nəticələrdən danışıb. Qeyd edib ki, bu gün polis əməkdaşları eyni zamanda maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə ağ ölümün pəncəsinə düşməməsi üçün səylərini davam etdirir. Gələcəyin qurucuları olan məktəblilər də bu məsələdə daha həssas olmalı, zərərli vərdişlərə meyl etməməli, diqqətlərini təhsilə, idmana yönəltməlidirlər. Şöbə rəisi həmçinin erkən nikahların qarşısının alınması istiqamətində görülən tədbirlərdən, bu cür halların gələcək sağlam cəmiyyətə vurduğu zərbələrdən söz açıb.
Sonra çıxış edən həkim və pedaqoqlar narkomaniya və erkən nikahın səbəb olduğu fəsadlardan danışıb, polis əməkdaşları tərəfindən təhsil ocaqlarında təşkil edilən bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ