Melaniya Tramp əri, ABŞ Prezidenti Donald Trampa qarşı mümkün sui-qəsd təhlükəsindən narahatdır.
Bu barədə "Daily Mail" nəşri yazıb.
"Birinci xanım Melaniya Tramp davam edən beynəlxalq təhdidlər fonunda prezidentin təhlükəsizliyi ilə bağlı getdikcə daha çox narahatlıq duyur", - deyə materialda bildirilib.
Donald Tramp isə öz təhlükəsizliyi ilə bağlı narahatlıqlarla razılaşmayıb.
Xatırladaq ki, 13 iyul 2024-cü ildə Pensilvaniyada keçirilən mitinqdə prezidentliyə namizədin çıxışı zamanı silah səsi eşidilib və bundan sonra Tramp sağ qulağını tutub. Cangüdənlər və polis dərhal siyasətçinin önünü qapadıb və onu tribunadan uzaqlaşdırıblar.
Trampa qarşı ikinci sui-qəsd cəhdi 15 sentyabr 2024-cü ildə Floridadakı qolf klubu yaxınlığında baş verib.
25 aprel 2026-cı ildə Kaliforniyadan olan 31 yaşlı Koul Allen ABŞ Prezidenti Donald Trampın "Washington Hilton" hotelində görüşü zamanı ona atəş açıb. Tədbir təcili olaraq dayandırılıb, xüsusi xidmət orqanlarının əməkdaşları prezidenti təxliyə ediblər. İnsident nəticəsində xüsusi xidmət orqanlarının bir agenti xəsarət alıb. Atəş açan Allen saxlanılıb.








