RU
“Mən özümü dünyanın ən böyük günahkarı hesab edirəm”
10:56
2715

“Mən özümü dünyanın ən böyük günahkarı hesab edirəm”

Artıq 2 ilə yaxındır ki davam edən "İşdən Sonra" rublikası qısa bir aradan sonra yenidən öz müsahibləri ilə qarşınıza gəldi. Durğunluğu aradan qaldırmaq üçün gənc, ama istedadlı olan müğənni Mirkamil Kamilovu qonaq etdik.

Müsahibim, uzun müddət idi ki, mətbuatdan və gündəmdən uzaq qalmışdı. Biz də məhz bunu nəzərə alaraq, səbələrini soruşmaq üçün qonağımızı sual atəşinə tutdum. Cavablarımız da olduqca maraqlı oldu.

Həmin müsahibəni 7News.Az olaraq təqdim edirik.

Uzun müddətdir ki, efirlərdən və mətbuatdan uzaq qalmısan. Buna səbəb nədir?

- Doğrudur. Əslində uzaq qaldıqda sənəti geniş şəkildə düşünməyə və qiymətləndirməyə başlayırsan. Düzdür, hərdən planlar olur, hansı ki, onları həyata keçirdə bilmirsən. Bu da aydın məsələdir ki buna madiyyat lazımdır. Adi bir proyekti belə təqdim etmək üçün vəsait tələb olunur. Çünki orda musiqiçilərin, ümumilikdə əziyyəti olanların halal haqqları ödənilməlidir. Bəzi proyektlər sırf qazanc üçün nəzərdə tutulsa da, elə proyektlərdə var ki, sırf qazanc üçün nəzərdə tutulmur. Elə musiqilər var ki, hansı ki, buna mən əsər deyerdim. Çünki, sən  bunu qazanc üçün yox, Azərbaycan mədəniyyəti üçün oxuyursan. Mən də bu mədəniyyəti gözəl təbliğ etmək üçün daha əzimlə çalışıram. Sənətdən uzaq durmağımın ən əsas səbəbi isə, çox ağır bir ürək əməliyyatı keçirməyim oldu. Şükür ki, indi yaxşıyam və sənətə davam edirəm.

Allah şəfa versin. Qısa vaxt ərzində kifayət qədər sevildin. Amma səhhətinlə bağlı sənətdən uzaq düşdün. Əvvəlki məhşurluğunu qısa zaman ərzində yenidən qaytaracağını düşünürsənmi?

- Mən heç vaxt küçədə gedəndə tanınmağımın, məhşur olmağımın həvəskarı olmamışam. Məhşurluq və şöhrət üçün çıxmıram səhnəyə. Çalışıram ki, korifey bəstəkarlarımızın bəstələrini professional şəkildə ifa edim və tanıdım. Çünki o musiqiləri ifa etmək böyük məsuliyyətdir. Son dönəmlərdə Qara Qarayev, Üzeyir Hacıbəyov, Cahangir Cahangirov, Fikrət Əmirov və digər dahi sənətkalarımızın bəstələrini düşmənlərimiz oğurlayırlar. Dünyaya öz musiqilərimizi yüksək səviyyədə və professional şəkildə tanıdaq. Ən son oğurluqlarından biri də “Qarabağ “əsəridir. Səhv etmirəmsə Fikrət Əmirovundur. Həmin əsəri  (ifadə belə eləmirəm o sözü düşmənlərə aid bir sözdü) Qarabağ adını götürüb o adı qoyublar və dünyanın hər yerində, açılışlarda, təqdimatlarda öz mahnıları musiqiləri kimi tanıdırlar.

Mənim daxilimdə, içimdə şöhrətpərəstlik yoxdur. Mən özümü Allahın qulu hesab edirəm. Hamının səhvləri və günahları var. Mən özümü dünyanın ən böyük günahkarı hesab edirəm. Bəlkə də düz düşünmürəm, amma bu mənim düşüncəmdir. Kim necə qəbul eder bilmirəm.

Mən müğənniyəm. Seçilirik düzdür. Amma mən də hər kəs kimi sadə bir insanam. Əksinə sənətçilərdə əziyyətlər, problemlər adi insanlardan daha çox olur. Bizim azəri insanları süniliyi tez hiss edir. Xalqımız o qədər istedadlı bir xalqdır ki, onları aldatmaq mümkün deyil. Hər bir Azərbaycanlı musiqini yaxşı bilir və başa düşür ki, pis musiqi nədir, yaxşı musiqi nədir. Sevilməyin də əsas səbəbi özünü onlardan biri hesab etməkdir. Elə olduqda, onlar da sənə eyni hörməti qoyurlar və səndə o hörməti saxlamalısan. Amma hörmətsizliyin qarşılığı da olmalıdır.

- Şou-biznesdə hal hazırda istədiyin yerdəsən yoxsa ora çatmaq üçün çox çalışmalısan?

Arzusunda olduğun nöqtəyə çatmaq üçün sən sənəti örgənməlisən. O nöqtəni fikirləşməli deyilsən. Sənət dəryadır. O dəryadan bir qram hər adama qismət olur ya da olmur. Məsələn mən konsertimdə ən son brend geyimlər geyinim. Gəlib 2 saat heçnə eləmədən oturum səhnədə. Gülüm ki, mən kosert verirəm. İki saat o konsertde kim oturar?! Ona görədə daima çalışmaq lazımdır.

- Həmkarlarından səni fərqləndirən nədir?

Mən özümü heç kimnən fərqləndirmirəm. Bu absurtdur. Çünki insan özünü fərqli görməməlidir. Onu kənardan görüb deməlidirlər. (Sənətdə oxuma tərzində fərqlilliyi nəzərədə tuturam) onu düşünəndə insanda daxilən paxıllıq və təkəbbür oyanır. Hərənin həyata öz baxışı var.

- Niyə digər həmkarını yox, səni dinləsinlər?

Hamıda səs var. Sadəcə bəziləri bu səsi işlədə bilir, bəziləri yox. Səsi işlətmək, bu çox ağır bir prosesdir. Mən oxuya bilirəm. Başqa bir insanın da gördüyü işi də mən görə bilmərəm. Mənim fərqli olmağıma, sənətimə tamaşaçı, xalq qiymət verməlidir. Mən özüm-özümə qiymət verə bilmərəm.

- Şou-biznesdə dost olmaq asandır, yoxsa düşmən?

Heç biri asan deyil. Mənim dostum bircə Tanrımdır!

- Həyatda çətin bildiyin nə var ki, sən onu asan əldə etmisən ?

Yuxudan durmaq belə əziyyətdir. Çünki insan yuxuya getdikdə ruhu bədənindən ayrılır. Oyanıb evdə gəzmək də əziyyətdir. Yaşamaq əzaba düçar olmaqdır. O əzabın öhdəsindən gəlirsənsə deməli hər şeyi əldə edə bilərsən.

- Yeniliklərdən danışaq.

Emil Şahinlə yeni müqaviləmiz var, illər öncə sağlamlığımla bağlı layihəmiz yarımçıq qalmışdı. Amma yenidən bərpa etdik və davam edirik. İlk işimiz 18-19 dq-lik “Popuri”miz oldu. Musiqimizin ərsəyə gəlməsində sənətkarlar da bizə yardımını əsirgəmədi, Allah razı olsun. Bundan əlavə yeni bir Emil Şahin bəstəsi gəlir “Ana” mahnısıdır. Aranjiman da artıq bitib. Bu bir Azərbaycan və Emil Şahin bəstəsidirsə mütləq şəkildə o musiqidə və səslənmədə milli musiqi alətlərimiz səslənməlidir.

Bu yaxınlarda yəni  martın 8-də “Halikarnas Balıkçısı”nda bizim kosertimiz baş tutacaq. Bu işdə də bütün təşkilatçılıq Emil Şahinə məxsusdur. Yeni bəstəmiz orda təqdim olunmalıdır. Bu konsertin adı da məhz “Ana” olacaq. O konsertdə mümkün qədər bütün bəstəkarların əsərlərinə müraciət edəciyik. Azərbaycanla bağlı bir popuridə olacaq. Çünki vətənimizi bölmürəm heç vaxt. Bölgələrimizlə bağlı başqa musiqilərdə ifa edəcəm.

Konsertden  sonra daha bir layihəmiz də “Kral pop”la olacaq. Emil Şahin onlarla danışıqlar aparır (Abdullah bəy, Mehmet Gezegenlə). Kibariyə xanımla iş birliyimiz olmalıdır. Onun razılığı alınmalıdır. O xanım böyük sənətkardır. Təkliflər çoxdur. Sadəcə olaraq burdakı konsert və layihələrlə əlaqəli olaraq, hələki ora gedib təklifləri dəyərləndirə bilmirik. Daha sonra Afrikada bir layihəmiz var. Sadəcə o daha  əzab əziyyətli bir işdir və yüksək madiyyat da rol oynayır.

- Belə qənaətə gəlirəm ki, Azərbaycanı və onun mədəniyyətini kifayət qədər təbliğ etməyə çalışırsan. Duet haqqında fikirləşirsənmi? Xarici mahnılara müraciət etməyi necə düşünmürsənmi?

Dünyaca məşhur müğənni Stinqlə bir duet oxumaq istəyərdim. Emil Şahin prodakşnın buna hər bir imkanı var. Amma təbii ki, onlarında razılığı lazımdır. Hal-hazırda işlədiyimiz ilk proyekt Kibariyədir.

- İşdən sonra nə ilə məşğul olursan?

İşdən sonra təbii ki, gərginlik, stress və yorğunluq olur. 12 ilə yaxındır ki, Bakıda tək yaşayıram. Qardaşım “Asəf Zeynallı” adına musiqi kollecində tar sinifinə daxil olub və indi mənimlə yaşıyır. Hər gün mən asudə vaxtımda istiyərdim ki, yeni bir əsər bəstə örgənim. Amma bu şəraitnən mümkün deyil. Əsərləri örgənmək üçün ruhun sakit olmalıdır. Özün xoşbəxt olmalısan. Ona görə də mən örgənə bilmirəm. İşdən gəldim otururam internetdə (gülür). Amma kefim yaxşı olanda musiqiləri örgənirəm .

- İnternet dedin və ağlıma bir sual gəldi. Sosial şəbəkələrdə bir çox məhşurlar pərəstişkarlarının yazdıqlarına cavab vermir. Bəs sən?

Pərəstişkar sözü səni sevən və sənə hörmət edən demekdir. Bu sənin onlara göstərdiyin müsibətindir. Sən necə münasibət göstərsən, olar da elə qaytarır. Amma mənim dostluğumda 4000  insan var. Hamının da özünə görə problemləri var. Mən hər gün onların hamısı ilə hal əhval edə bilmərəm. Bunu hamı başa düşər. Bacardığım qədər cavablandırmağa çalışıram.

- Sənətdən çox danışdıq. Keçək xobbilərinə. Sevdiyin məşğuliyyətin nədir?

Sevdiyim məşğuliyyətlərimi etməyə vaxt tapmıram düzü (gülür). Məsələn balıq tutmağı sevirəm. Ama vaxt tapmıram gedim onu edim. Memarlıq sənətini sevirəm. İstəmişəm memar olmaq, ama qismət. Səyahəti sevmirəm. Çünki dünyanı beynimdə səyahət edirəm mən. Bir söznən dünya malında gözüm yoxdur. İnsan nə sənətə sahib olmaq istiyirsə, gedib təhsil alır, öyrənir, ama insalıq məktəbi yoxdur ki, onu gedib örgənsin.

- Sonda nə demək istərdin?

Bu son söz yox, axarıncı olsun. Sadəcə özün üçün yaşamaq lazım deyil ,Allaha daima dua edin və yaxşılıq edin.


Ozal İBRAHİMLİ (İşdən Sonra)
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ