RU
lombard
12:30
417

"Məni narahat edirlər..." - Dünyanın ən böyük ayaqlı adamı üsyan etdi... - FOTOLAR

Dünyanın ən böyük ayaqlı adamlarından biri kimi tanınan britaniyalı Karl Qriffits üsyan etdi. Qriffits ayaq fetişistlərinin onu daim narahat etdiyi üçün sıxıldığını bildirib.

İngiltərədə yaşayan və dünyanın ən böyük adamlarından biri kimi qəbul edilən Karl Qriffits uzun müddətdir ki, öz işiylə məşğul olduğu üçün susub. Ancaq Qriffits ayaq fetişistlərinin mesajlarına görə sonda üsyan bayrağını qaldırıb.

Pərəstişkarlarının çoxunun homoseksual olduğunu bildirən Qriffits deyib ki, "məndən daha çox ayaq fotoları istəyirlər. Təkcə onlar yox, ayaq fotoları yayımlanan saytlar da məndən ayağının fotosunu istəyir"-deyə o, bildirib.

Pandemiyaya görə pula ehtiyacı olan Qriffits ayaqlarının fotosunu satmağa qərar verib. İlk öncə bir pərəstişkarına ayaqlarının videosunu çəkib atan Qriffits daha sonra isə ayaqlarının fotolarını 300 sterlinqə satıb. Elə nə olubsa, bu satışdan sonra baş verib.

Qriffitsin bir dəfə foto göndərməsinin ardından adamın izinə düşən ayaq fetişistləri hər dəfə ondan foto istəməyə başlayıblar. Lakin bütün bu tələblərdən bezən gənc adam sonda çarəni mətbuata açıqlama verməkdə tapıb. O, mətbuat vasitəsilə fetişistlərin ondan əl çəkməsini xahiş edib. /moderator.az

 

7News.Az


Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ