7NEWS.az xəbər verir ki, Avropaya təsir edən şiddətli quraqlıq və isti dalğasının yaratdığı meşə yanğınları davam edir. Mərkəzi Avropanın qərbində yerləşən Sloveniyada bazar günündən bəri təxminən 600 yanğınsöndürən, helikopter alovla mübarizə aparır. İtaliya sərhədində yerləşən Krastda baş verən yanğınla əlaqədar Sela na Krasu, Hudi Log, Korita na Krasu və Nova Vas kəndləri boşaldılıb. Alovun yaşayış məntəqəsinə yaxınlaşması ilə əlaqədar ölkənin digər bölgələrindən də gücləndirmə qrupları çağırılıb.
7NEWS.az








