RU
Məşhur aktyorlara hökm oxundu
01:05
992

Məşhur aktyorlara hökm oxundu

Aktyorlar Kenan İmirzalıoğlu, Sarp Apak və Engin Günaydının da aralarında olduğu 53 nəfərin məhkəmə prosesi yekunlaşıb.

7news.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul 19. Ağır Cəza Məhkəməsində baş tutan prosesə məşhurların vəkilləri qatılıb.

Məhkəmə 53 nəfər barədə hökm oxuyub. Hakim onları təşkilat qurmaq, idarə etmək və üzv olmaqda günahlandırılıb.

Kenan İmirzalıoğlu, Sarp Apak və Engin Günaydına isə “narkotik maddə istifadə etmək”lə bağlı hökm oxunub. Məşhur simalara 10 ay həbs cəzası verilib.

Həbs cəzasını təxirə salan məhkəmə şübhəlilərin 5 il yoxlama müddətinə cəlb edilməsinə hökm çıxarıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ