Nick Kyrgios narkotik testinin nəticəsi müsbət çıxıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, avstraliyalı tennisçi Nick Kyrgios kokain testinin müsbət çıxmasından sonra peşəkar tennisdən müvəqqəti uzaqlaşdırılıb.
Dünya reytinqində daha əvvəl 13-cü pilləyə qədər yüksələn 31 yaşlı tennisçinin iyunun 22-də "Mallorca Open” turniri zamanı verdiyi nümunədə kokainin orqanizmdə parçalanması nəticəsində yaranan benzoylekqonin maddəsi aşkarlanıb.
Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) Kyrgiosun avqustun 4-dən etibarən müvəqqəti diskvalifikasiya edildiyini açıqlayıb.
Bildirilib ki, tennisçinin qərardan apellyasiya şikayəti vermək hüququ var. Lakin o, hələlik bu hüquqdan istifadə etməyib.
Müvəqqəti diskvalifikasiya müddətində Kyrgios "Grand Slam” turnirləri və peşəkar tennis yarışlarında iştirak edə, məşqçilik edə və bu tədbirlərə qatıla bilməyəcək.
Kyrgios açıqlamasında hadisəni "böyük səhv” adlandırıb və bütün məsuliyyəti üzərinə götürdüyünü bildirib.








