RU
Məşhur müğənniyə verilişdə hücum çəkdilər:
17:50
506

Məşhur müğənniyə verilişdə hücum çəkdilər: "Qızın anası zəng edib məni hədələdi ki..." - VİDEO

Müğənni Aslan Hüseynov ARB TV-də yayımlanan "Hər səhər" verilişinin qonağı olub.

7News.Az xəbər verir ki, o, yeni fəaliyyətə başlayan ifaçılara dəstək olduğunu, lakin onun bu jestini qiymətləndirmədiklərini bildirib:

"Keçən dəfə də sənin verilişində yeni ifaçılığa başlayan qrupa dəstək oldum. Lakin onlar bunun qarşılığında "Sən kimsən, get Özbəkistanda oxu" dedilər. Birincisi, mən Özbəkistandan yox, Qırğızıstandan gəlmişəm. İkincisi isə mən onların o davasına baxmayaraq bir kəlmə də söz demədim. Nəticəyə gəldikdə isə fakt odur ki, həmin qrup indi yoxdur. Heç yerdə adları çəkilmir. Mən isə həmişə olduğu kimi sənətimlə gündəmdəyəm".

A.Hüseynov bildirib ki, belə halla bir neçə dəfə qarşılaşıb:

"Bir dəfə də gənc sənətçi xanıma dəstək oldum. Onunla eyni səhnəni bölüşdüm. Sonra isə ifamı bitirdikdən sonra tamaşaçılara "İndi isə gənc ifaçı xanım sizlər üçün mahnı ifa edəcək" deyib sağollaşdım və səhnəni tərk etdim. Yolda isə xanımın anası zəng edib məni hədələdi ki, "Sən hara getdin? Mənim qızım ağlayır. Sənin başına oyun açacağam" dedi. Sən demə, mən səhnədən gedəndən sonra tamaşaçılar salonu tərk edib. Mənə görə konsertə gəliblərmiş".



 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ