Meta məhkəmə işini uduzsa, Instagram və Facebook əbədi olaraq dəyişə bilər
7News.az xəbər verir ki, Kaliforniya və Nyu-York da daxil olmaqla, ABŞ-ın 30 ştatı tərəfindən Metaya qarşı uşaqların məxfiliyi ilə bağlı qaldırılmış məhkəmə işi üzrə dinləmələr başlayır. İddia Instagram və Facebook platformalarında köklü dəyişikliklərin edilməsini tələb edir.