Mətbəxdə soyundum, bədənimə baxdılar... - Ərə getmək istəyən 3 uşaqlı gəlin namizədi - FOTO

Mətbəxdə soyundum, bədənimə baxdılar... - Ərə getmək istəyən 3 uşaqlı gəlin namizədi - FOTO

Britaniyanın "Channel 4" kanalında yayımlanan "Naked attraction" ( Çılpaq cazibə ) verilişinin çəkilişləri ilə bağlı bəzi məlumatlar yayılıb.

7News.Az xarici mətbuata istinadla bildirir ki, dekabr ayında müsabiqədə iştirak edən 33 yaşlı Clare West verilişlə bağlı açıqlama verib.

3 uşaq anası olan Clare əvvəlcə seçim mərhələsi barədə danışıb. O, seçimlərin "WhatsApp" sosial şəbəkəsində aparıldığını söyləyib.

"Fabulous Digital"a açıqlama verən qadın gözəllik salonunda işlədiyini bildirib. Onun dediyinə görə verilişin prodüsseri ona Instagram-da məktub yazaraq verilişdə görmək istədiyini qeyd edib.

"Çox həyəcanlanmışdım. Mənim Instagram hesabımı hardan tapdıqlarını bilmirəm. Amma, onların təklifini qəbul etdim. Seçim "WhatsApp" vasitəsi ilə aparıldı və mən videozəng zamanı mətbəxdə soyundum. Onlar bədən quruluşumu bəyənib, məni verilişə dəvət etdilər.

 

Sonra çəkilişlər üçün Mançester şəhərinə yollandım. Həqiqətən bədənimi çox bəyənirəm və buna görə də milyonlarla insanın qarşısında lüt soyunmaq asan oldu", - deyə Clare söyləyib.

Qeyd edək ki, "Naked attraction" iştiraçkılarının bir-birini çılpaq haldaykən dəyərləndirə bildiyi izdivac verilişidir.

 


7News.Az

Xəbər lenti