Metroda dəhşət: Hamının gözü qarşısında gənc qadına qarşı təcavüz cəhdi
7News.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərindəki metro stansiyalarından birində 25 yaşlı qadına qarşı zorlama cəhdi baş verib. Platformadakı digər sərnişinlərin müdaxiləsi nəticəsində hücumun qarşısı alınsa da, şübhəli şəxs hadisə yerindən qaçıb. Lakin qısa müddət sonra polis tərəfindən yaxalanaraq nəzarətə götürülüb.