lombard

Məzahir Pənahov sosial şəbəkə istifadəçilərindən yeni faktlar istədi: “GEC OLMADAN…”

Məzahir Pənahov sosial şəbəkə istifadəçilərindən yeni faktlar istədi: “GEC OLMADAN…”
Mərkəzi Seçki Komissiyası (MSK) sosial şəbəkələrdə yayılan görüntüləri araşdırır.

Bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan qanun pozuntuları ilə bağlı görüntülər araşdırılacaq, bu pozuntuları edən şəxsləri cəzalandıracaq: "Sosial şəbəkələrdə qanun pozuntularının yayılması çox gözəl ənənədir. Bu görüntüləri yayanlar bizim əsl köməkçilərimizdir. Eyni zamanda müəyyən mənada bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar. Biz təklif edirik ki, kimin əlində nə material varsa, gec olmadan bizə təqdim etsin. Biz hər kəsə bu şəraiti yaradırıq”.
 
 
 
 
7News.Az

Xəbər lenti