RU
lombard
Mikayıl Cabbarov:
20:20
2501

Mikayıl Cabbarov: "Azərbaycan-Türkiyə əlaqələri ən yüksək zirvəyə çatıb"

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda diplomatik fəaliyyətini başa çatdırmış Türkiyə səfiri Erkan Özoralla görüşüb.

Bu barədə 7NEWS.Az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, nazir səfirin Azərbaycanda səmərəli fəaliyyətini vurğulayıb, gələcək işlərində uğurlar arzulayıb. O, Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və bu gün ən yüksək zirvəsinə çatdığını vurğulayıb: "44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir. Dövlət başçılarının siyasi iradəsi, dostluq-qardaşlıq münasibətləri və verdikləri tapşırıqların icrası əməkdaşlığın inkişafında mühüm rol oynayır".

İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışan M.Cabbarov diqqətə çatdırıb ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcək. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdədir.

Nazir işğaldan azad olunmuş ərazilərimizin bərpa edilməsində, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirak imkanlarının geniş olduğunu diqqətə çatdırıb.

Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən E.Özoral ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb. O, Azərbaycanın Vətən Müharibəsi apardığı və tarixi zəfər qazandığı müddətdə ölkəmizdə səfir olmasından qürur duyduğunu ifadə edib, diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ