lombard

Mingəçevir İcra Hakimiyyətinin əməkdaşları da koronavirusla mübarizəyə dəstək oldular

Mingəçevir İcra Hakimiyyətinin əməkdaşları da koronavirusla mübarizəyə dəstək oldular
Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürüblər. Bu barədə 7news.az-a Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Tofiq Əsgərov məlumat verib.
Məlumata görə, Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alaraq bir aylıq vəzifə maaşları həcmində pul məbləğini Fonda köçürüblər.
 
 
 
 7News.Az

Xəbər lenti