RU
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Şəhidlər xiyabanında - FOTOLAR
10:52
1271

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Şəhidlər xiyabanında - FOTOLAR

7news.az xəbər verir ki, Mingəçevir şəhərində Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun tapşırığına uyğun olaraq Şəhidlər Xiyabanda yenidənqurma işləri aparılır. Şəhidlər Xiyabanın giriş qapısı yenidən qurulur, vətən uğrunda canlarını fəda etmiş Şəhidlərin qəbirüstü abidələri inşa olunur. Qəbirlərarası ərazilərə və piyadaların keçidlərinə tametlər döşənir, xiyabandakı bulaq əsaslı təmir edilir. 

Şəhər İcra Hakimiyyətinin başçısı xiyabanda olmuş və görülən işlərlə yaxından tanış olmuşdur. İcra başçısı  27 sentyabr Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə Şəhid olmuş igid oğullarımızın məzarlarının üstünün götürülməsi işinə də xüsusi diqqət yetirmişdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ