RU
Mingəçevirdə qadın sürücülərə sürpriz edildi - FOTO
17:08
387

Mingəçevirdə qadın sürücülərə sürpriz edildi - FOTO

Dövlət Yol Polisi Mingəçevirdə qadın sürücülərə bayram sürprizi edib.

7News.Az xəbər verir ki, "Saxla əmri” verilən zərif cinsin nümayəndələri qayda pozduqlarını zənn etsələr də, maraqlı sürprizlə qarşılaşıblar.

DYP Mingəçevir bölməsi bu gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Amma məqsəd təkcə yollarda təhlükəsizliyin təmin edilməsi deyil, həm də qadın sürücüləri 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə sevindirmək olub.

Gün ərzində şəhərin ayrı-ayrı prospekt və küçələrində yol polisi əməkdaşları qadın sürücü tərəfindən idarə edilən 30-dan çox avtomobili saxlayaraq qadınları bayram münasibəti ilə təbrik edib, hər birinə gül hədiyyə ediblər.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ