Təhsil naziri Mikayıl Cabbarov keçmiş həmkarı Misir Mərdanovun fəaliyyətini tənqid edib. Nazir deyib ki, müşahidələr nəticəsində müasir təhsil sistemlərində olan çevik alətlərin və mexanizmlərin ali təhsil sistemində o dövrdə olmaması problemi aşkarlanıb.
7news.Az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-un əməkdaşı 1998-2013-cü illərdə Azərbaycanın təhsil naziri Misir Mərdanovun fikirlərini öyrənib. O, bu barədə danışmaq istəmədiyini deyib:
"Xahiş edirəm bu barədə mənə sual verməyin. Bu barədə də mən danışmayım. Mənim fəaliyyətimi cəmiyyət, Allah bilər. Gördüyüm işlərə qiymət vermək məsələsinə mən qarışmıram”.
7news.Az








