7News.az xəbər verir ki, Misirin şimal-qərb sahilində yerləşən və çoxsaylı sivilizasiyalar üçün fəal yaşayış məskəni olmuş qədim Marina El-Alameyn şəhərində əsrlər boyu açılmamış on səkkiz qədim məzar aşkar edilib. Bu son tapıntılarla birlikdə qədim şəhərdəki məzarların ümumi sayı 44-ə çatıb. Məzarların içərisində 24 karatlıq qızıl lövhədən hazırlanmış süni dillər tapılıb. Arxeoloqlar vurğulayırlar ki, yunanlar və yerli əhalidən ibarət olan bu icma öz inanclarını qorumaqla yanaşı, minilliklər boyu davam edən ənənəvi Misir dəfn mərasimlərinə də sadiq qalıb.








