Misirdə yay tətili bu xanıma baha başa gəldi.

Xalidə Eynullazadə adlı xanım şirkətlərin birindən Misirə tur paket alıb. Orada başına gələnlər xanımın xeyli xərcə düşməsinə səbəb olub. Belə ki, o, qaldığı otel ərazisində bədbəxt hadisə ilə üzləşib.

Xalidə Eynullazadənin sözlərinə görə müalicə və əməliyyat üçün 6 min manata yaxın pul xərcləyib. Tur paket alarkən məcburi sığortalanıb və bunun üçün ödəniş edib. Amma sığorta şirkəti dəymiş ziyanı ödəyəcəyini desə də, sonradan vəziyyət dəyişib.

Məsələ ilə bağlı zərərçəkmişin sığorta edildiyi Atəşgah sığorta şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, onlarda turizm, heveskar idman , pesekar idman növləri kimi sığorta paketləri mövcuddur.

Xalidə Eynullazadə "həvəskar idman növü" kategoriyasına aid olan fəaliyyət zamanı xəsarət alıb. Xanımın əldə etdiyi səfər sığortasının növü isə "turizm" kategoriyasına aiddir və həmin sığorta növünün qarşıladığı risk qrupuna aid deyil.