Dünyanın "Mister Bin" kimi tanıdığı britaniyalı komik, aktyor Roan Atkinsonun qızı Lili dünən Londonda erotik şou göstərib.
7News.az The Sun-a istinadən bildirir ki, şou Londondakı "St James Theatre"da olub.
20 yaşlı qlamur müğənni səhnədə caz janrında mahnılarını ifa edərkən çıxışını burlesk-şouya çevirib.
Bu ilin mart ayında Lili Atkinson Kabaredə də belə çıxış etmiş, yarıçılpaq soyunmuşdu.
Lili Atkinson 60 yaşlı aktyor Rouen Atkinsonun Sunetra Şastri ilə nikahında doğulub.
Atkinsonla Qastri ötən ilin noyabrında, cəmi 1 dəqiqə davam edən məhkəmə prosesində boşanıblar.
Rouen Atkinsonun 22 yaşlı Ben adlı oğlu da var. Ben hərbçidir, Sanderhöst Hərbi Akademiyasında təhsil alır.
7News.az









