Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-nın düşməsi ilə bağlı Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.
Bu barədə Moldova XİN məlumat yayıb.
Nazirlik Stefanovod dairəsinin Kroçmaz rayonunda PUA-nın düşməsi və partlaması ilə nəticələnən hadisəni qətiyyətlə pisləyib.
Moldova XİN baş verənləri ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.








