RU
Moldovaya düşən raketin döyüş başlığı partladıldı
15:15
62

Moldovaya düşən raketin döyüş başlığı partladıldı


Moldova Müdafiə Nazirliyi ölkənin şimalına düşən raketin döyüş başlığının dünən partladıldığını açıqlayıb. 

7NEWS.az xəbər verir ki, Moldova Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dünən ölkənin şimalına düşən raketin döyüş başlığı bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər tərəfindən partladılıb. Döyüş başlığında təxminən 80 kiloqram partlayıcının olduğu qeydə alınıb. 

Dünən Moldova Daxili İşlər Nazirliyi sərhəd qoşunlarının ölkənin şimalında, Ukraynanın Çernovtsiy vilayəti ilə sərhədində yerləşən Larqa kəndi yaxınlığında raket parçaları aşkar etdiyini açıqlayıb. Moldova Müdafiə Nazirliyi isə təhqiqat aparılmadan hissələrin vurulan Rusiya raketinə, yoxsa Ukrayna müdafiə sistemlərindən olan raketə aid olduğunu söyləməyin çətin olduğunu bildirib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ